Aktual

İranın neft naziri: “Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetiririk”

İranın neft naziri: “Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetiririk”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

7Times.az “Report”a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.

Cavad Övcinin sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.

O həmçinin qeyd edib ki, İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirəcək.

Nazir vurğulayıb ki, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.