Təl-Əviv Tehranın nüvə proqramını dayandırmaq məqsədi ilə İrana məhdud hücumun həyata keçirilməsini istisna etmir.
7Times.az xəbər verir ki, bunu adı açıqlanmayan İsrail rəsmisi “Reuters” agentliyinə açıqlamasında bildirib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı mövqeyinə toxunaraq deyib: “Netanyahu təkid edir ki, İranın nüvə proqramının ləğvi ilə bağlı istənilən razılaşma bu proqramı tamamilə dayandırmalıdır”.
İsrail rəsmisi sonda vurğulayıb ki, “Təl-Əviv İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır”.
“AzPolitika.info”
Follow @7timesaz