Müsahibə

İranın parçalanması Azərbaycanın fəlakəti ola bilər

İranın parçalanması Azərbaycanın fəlakəti ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan telekanalları İranın ərazi bütövlüyünə qarşı reportajlar hazırlayır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan xalqına İranla ədavət lazım deyil.Biz özümüz separatçılığın əleyhinəyik. Özümüzə rəva bilmədiyimizi qonşu xalqa, dövlətə rəva bilirik:

“Azərbaycan xalqına İranla ədavət lazım deyil. Qərbdəki güclü dövlətlərin xoşuna gəlmək üçün İrana ərazi iddiası etməyə gərək yoxdur. İranın parçalanması Azərbaycanın fəlakəti ola bilər.
Biz özümüz separatçılığın əleyhinəyik. Bütün dini kitablarda, “Tövrat”da da, “İncil”də də, “Quran”da da yazılıb ki, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Separatçılıq bütün xalqlara bəla gətirir. İndi özümüz yaşadığımız fəlakəti İran üçün arzulayırıq. Özümüzə rəva bilmədiyimizi qonşu xalqa, dövlətə rəva bilirik. Bu əxlaqi cəhətdən düzgündürmü? Gəlin, bu sualı özümüzə verək”.
Zərdüşt Əlizadə həmçinin İranın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması iddialarına da münasibət bildirib:
“İran Zəngəzur dəhlizinin açılmasına yox, Rusiyanın sərəncamına keçməsinin əleyhinədir. Zəngəzur dəhlizinin İrandan alınıb Rusiyaya verilməsinin əleyhinədir. İran Azərbaycanla Naxçıvanın əlaqəsinin əleyhinə olsaydı, İran ərazisindən Naxçıvana dəmiryolu çəkilməsinə dair protokol imzalamazdı”.