Manşet

İranlı iş adamı azərbaycanlılardan üzr istəyib, “Jooiakar” saytının rəhbərliyi sözügedən elanı silib – FOTO

İranlı iş adamı azərbaycanlılardan üzr istəyib, “Jooiakar” saytının rəhbərliyi sözügedən elanı silib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Report”un sorğusu əsasında İrandakı bir iş axtarış saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb.

Səfirliyin nümayəndəsi Seyid Əli Musəvi bildirib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.

Saytın rəsmisi isə elanı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.

Qeyd edək ki, İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilmişdi.

Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.

“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, – elanın mətnində deyilir.