Ölkə

“İrəvan Azərbaycana başqa yol qoymur” – Bakının səbri tükəndi – AÇIQLAMA

“İrəvan Azərbaycana başqa yol qoymur” – Bakının səbri tükəndi – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müharibə ritorikasını davam etdirdikcə regionda hərbi-siyasi vəziyyət daha da gərginləşir. Azərbaycanla sərhəddə canlı qüvvə və texnika toplayan düşmən ölkə müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutur. Eyni zamanda Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri də fəallaşıb.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi əməliyyatların keçirilməsi Azərbaycanın prioriteti olmasa da, əks tərəfin fəaliyyətləri Azərbaycana digər çıxış yolu qoymur: “Azərbaycan-Ermənistan şərti sərhədində və rusların müvəqqəti məsuliyyət zonasında gərginlik maksimum həddədir.

Buna əsas səbəb erməni silahlılarının ərazimizdən çıxarılmaması, onların ciddi hərbi təxribatlara yol verməsi, eyni zamanda da Ermənistan ordusunun sərhəddə atəşkəsi mütəmadi olaraq pozmasıdır. Qarşı tərəf gərginliyi artırmaqda maraqlı görünür. Əgər işğalçı ölkə fəaliyyətində dəyişiklik etməzsə, silahlı toqquşmalar qaçılmaz olacaq.

Azərbaycanın isə səbri tükənib. Xankəndi və Xocalı sakinləri doğma yurd-yuvalarına qayıtmaları üçün müraciət də ediblər. Azərbaycan dövləti də bu müraciəti və ərazidə baş verən prosesləri nəzərə alaraq yəqin ki, növbəti erməni silahlılarının təxribatına səmərəli effektiv, kifayət qədər adekvat cavab verəcək. Rusların müvəqqəti nəzarətində olan ərazilərin böyük bir hissəsi silahlılardan təmizlənəcək”.