Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyaları başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, aksiyanın təşkilatçılarından biri İrəvan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Ruben Ayrapetyandır.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan müxalifəti Azərbaycan hüquq-mühafizə orqanlarının Qarabağın “dövlət naziri” Ruben Vardanyanın həbsi ilə bağlı mitinq keçirəcəyini elan etmişdi.
Follow @7timesaz