Bu gün İrəvanın mərkəzi Respublika Meydanında kuryoz hadisə baş verib.
7times.az xəbər verir ki, bu haqda informasiyanı erməni bloger Mika Badalyan özünün Telegram kanalında yayıb.
Görüntülərdə bir türk gənc şalvarında Türkiyə bayrağı ilə İrəvanın küçələrində gəzib.
Buna isə yerli sakinlər irad bildirib. Nəticədə əraziyə polis gəlib və türkləri Kentron bölməsinə aparıblar.
Son anda alınan məlumata görə, türkiyəli gəncləri polis bölməsindən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları naməlum istiqamətə aparıblar.