Paşinyanın arvadına bahalı saat hədiyyə ediblər.
Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Joğovurd” qəzeti məlumat yayıb.
Erəni nəşri mövzunu belə davam etdirib:
“Bu günlərdə İsveçrədə olan Baş nazirin həyat yoldaşı Anna Akopyana bahalı saat hədiyyə edilib.
Mənbələrimizin bildirdiyinə görə, hədiyyə xanım Akopyana yerli erməni icması və Ermənistanın İsveçrədəki səfiri Andranik Hovhannisyanla görüşdə verilib. Məlumatı Anna Akopyanın ofisindən öyrənməyə çalışdıq. Onun köməkçisi telefonumuzu söndürərək sualımızı yazı ilə verməyimizi xahiş etdi. Sualı mesajda formalaşdırdıq və göndərdik, lakin cavab almadıq.
Qeyd edək ki, Baş nazirin xanımı Sürixdə tanınmış erməni iş adamı Vardan Srmakeşlə görüşüb.
“Mən Vardan Srmakeşi Sürixdə görməyə nail oldum, uzun fasilədən sonra danışacaq çox şeyimiz var idi”, – Paşinyanın həyat yoldaşı rəsmi “Facebook” səhifəsində bildirib.
Xatırladaq ki, Srmakeş 2018-ci il inqilabından sonra İrəvanda “Ajapnyak” metrostansiyasını maliyyələşdirməyə söz verən, hətta cüzi pul köçürən, lakin hələ də metro stansiyası tikməyən iş adamı olub. İndi belə görünür ki, hökumətə yeni vədlər lazımdır”, – deyə qəzetin bu günkü sayında dərc olunan məlumatda qeyd olunur.
Follow @7timesaz