Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ön xəttə mübarizə aparan əsgərlərimiz üçün bir qrup iş adamı modul tipli səyyar hamam xidməti layihəsi hazırlayıblar.
7times.az xəbər verir ki, bu barədə layihə iştirakçısı Seyidrza Əlizadə saytımıza açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə bir addım atmaqlarına səbəb, əsgərlərimizin “instagram”da paylaşımı olub:
“Əsgərlərimiz paylaşımda bildirirdilər ki, neçə gündür çimmirlər. Ofisə gəldim, qərara gəldik ki, səyyar hamam hazırlayaq. İnternetdə araşdırma etdik və çalışdıq ki, ön plana səyyar hamamın danışa bilən olmasını çıxardaq. Bu hamamların su çəninin 1 ton su, 200 litr yanacaq ehtiyyatı var. Hal-hazırda tamamlanma işləri gedir və qısa zamanda təhvil verəcəyik”.
Layihə iştirakçısı onu da qeyd edib ki, əgər yoldaşlarımızdan dəstək olarsa 20-25 ədəd modul tipli səyyar hamamın hazır edilməsini düşünürük.
Yeniavaz.com
Follow @7timesaz