Hərbi

İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib

İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərindən biri olan Camal Mussanı məhv edib.

7Times.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, o, qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh şəxs olub.

Məlumatda həmçinin HƏMAS-ın daha bir neçə hərbçisinin öldürüldüyü vurğulanıb.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.

“Report”