Rusiya Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin ştatdankənar baş psixiatr-narkoloqu Yevgeni Bryun bildirib ki, istidə limonlu suda sərinləşdirilən quru ağ şərab içmək daha yaxşıdır.
“Nə qədər çox spirt içsək, bədənimizə bir o qədər çox zərər veririk. Əlavə müxtəlif komponentlərə gəldikdə – şərab, pivə, güclü içkilərdir – ən az zərərli isə quru ağ şərabdır”, – Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, spirtli içkilər orqanizmə zərər verir, qaraciyər və ürək-damar sisteminə əlavə yük qoyur. Eyni zamanda, istidə limonlu quru ağ şərab susuzluğu yatıra, su və duz balansını doldura bilər.Eyni zamanda, psixiatr-narkoloq sərinləşdirici içkilərə üstünlük verməyi tövsiyə edir: su və ya bitki çayı.
Follow @7timesaz