Maraqlı

İstidə hansı ayaq geyimlərindən istifadə edilməlidir? – Həkimdən məsləhətlər

İstidə hansı ayaq geyimlərindən istifadə edilməlidir? – Həkimdən məsləhətlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın əməkdar həkimi Andrey Kabıçkin isti havada hansı ayaq geyimlərindən istifadə edilməsi ilə bağlı tövsiyələrini açıqlayıb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, həkim istidə corabla başmaq geyinməyi məsləhət görür.

Mütəxəssis dəridən hazırlanan açıq ayaqqabıları, eləcə də əlavə havalandırmanı təmin edən modelləri seçməyi tövsiyə edir. “Dabanı isə ya palıd qabığından, ya da dəridən olmalıdır. Ayaqqabının dabanının hündürlüyü ən azı 4 santimetr təşkil etməlidir”, – deyə mütəxəssis əlavə edib.

Bundan əlavə, Kabıçkin qeyd edib ki, şəhərdə sanitar-gigiyenik normalara uyğun başmaq və sandallar pambıq corablarla geyinilməlidir. Onun sözlərinə görə, bu tələblərə əməl edən şəxslərin ayaq dərilərində dəri infeksiyası riskinin yaranması xeyli azalır: “Estetik və gözəllik baxımından, əlbəttə ki, çılpaq ayaqda geyə bilərsiniz. Ancaq bu halda ayaqlarınızı daha tez-tez yumaq və onları antiseptiklə müalicə etmək lazımdır”.Xatırladaq ki, Rusiyalı dermatoloq və podiatoloq Olqa Latipova da yayda açıq ayaqqabı geyinməyin təhlükəli olduğunu açıqlamışdı. Həkimin sözlərinə görə, bu modellər dərini tozdan, küləkdən və günəşdən qorumur: “Bu səbəbdən ayaqların həddindən artıq quruması təhlükəsi də var. Öz növbəsində, quruluq çatlaqların və digər mikrotravmaların meydana gəlməsinə səbəb olur”.