Dünya

İstifadə etdiyi narkotikləri bəyənməyib polisə şikayət etdi

İstifadə etdiyi narkotikləri bəyənməyib polisə şikayət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında Tomas Eugene Colucci adlı şəxs aldığı narkotikin (metamfetamin) saxta olduğunu düşünərək, digər insanların bundan təsirlənməsinin qarşısını almaq üçün polisə şikayət edib. Gənci həbs ediblər, üstəlik narkotiklər saxta olmadığı məlum olub.

7Times.az  bildirir ki, aldığı narkotikdən xoşu gəlməyən və onun keyfiyyətsiz olmasından şübhələnən şəxs dolandırıldığını düşünərək polisə müraciət edib.

Təhlükəsizlik qüvvələrinə “təcrübəli istifadəçi” olduğunu bildirən şəxs:
“Əvvəllər istifadə etmişəm, necə olduğunu bilirəm”-deyib.
O, aldığı maddənin hamam duzu olduğundan şübhələndiyini və buna görə də test tələb etdiyini bildirib.

Ünvanını təhlükəsizlik qüvvələrinə bildirən şəxsin evinə gələn polis həmin şəxsi həbs edib.

Adam bunu guya, digər insanların “saxta” narkotiklərdən istifadə etməməsi üçün edib.

Bundan əlavə, araşdırma zamanı narkotikin həqiqətən də metamfetamin olduğu məlum olub.

Polislər öz Facebook qruplarında bu hadisəni yumoristik paylaşımlarla bəzəyiblər:
“Sizin və ya tanıdığınız birinin əldə etdiyi qanunsuz narkotikin həqiqiliyinə şübhəsi varsa; Hernando County Polis İdarəsi bu xidməti PULSUZ təqdim etməkdən məmnundur.”

Facebook paylaşımının altına bənzər hadisələrə şahid olanlar şərhlər yazıblar.

“Mən də xəstəxananın laboratoriyasında işləyirdim. Bir dəfə bir adam bizdən yeni alıb istifadə etdiyi maddəni sınaqdan keçirməyimizi istədi. Birbaşa polisə göndərdim.”
“Mən 5,5 il 911 Təcili Yardım xəttində işləmişəm. İnsanlar bizə dostlarının istifadə etdiyi dərmanların saxta olması ilə bağlı açıqlamalar verirdilər”.


Sfera.az