Maraqlı

İstirahət üçün bu şəhərə getmək istəyənlərə pis xəbər: Əlavə ödəniş tələb ediləcək

İstirahət üçün bu şəhərə getmək istəyənlərə pis xəbər: Əlavə ödəniş tələb ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Venesiyada turist sıxlığını azaltmaq üçün yeni qaydalar qəbul edəcək.
Sfera.az bildirir ki, bu barədə Venesiya Bələdiyyəsinin Turizm Departamentinin rəhbəri Simon Venturini İtaliya mətbuatına danışıb. O, 2023-cü ilin əvvəlindən şəhərə daxil olmaq üçün rezervasiya tələbinin tətbiq ediləcəyi açıqlanıb.
İyun ayında sınaqdan keçirilməsi planlaşdırılan yeni qayda ilə bağlı Venesiya Bələdiyyə Başçısı Luis Bruqnaro da “Twitter”də paylaşım edib. Qurum rəsmisi Pasxa bayramı zamanı Venesiya küçələrini dolduran izdihamın əks olunduğu videonu bölüşərək, “Venesiyada turizm yenidən başlayır. Bu gün çoxları başa düşür ki, turizmin daha balanslı idarə olunması üçün şəhərə rezervasiya ilə daxil olmaq düzgün yoldur”, – deyə bildirib. Yerli mətbuatın yazdığına görə, şəhərə gündəlik səfərlər üçün 10 avroya qədər ödənişlər də gündəmdədir.
Qeyd edək ki, İtaliyanın bir çox şəhərlərində, o cümlədən Venesiyada turistlərin yerləşdirildiyi obyektlərdə onlardan gündəlik “yer vergisi” alınır. Əhalisi 50 minə qədər azalan Venesiyanın iqtisadiyyatı tamamilə turizmdən asılı vəziyyətə düşdüyü üçün bu siyasətlər pandemiyadan əvvəl də dəyərləndirilib. 2019-cu ildə,  2020-ci ilin yayından etibarən şəhərə giriş haqlarının tutulması qərara alınıb, lakin pandemiyanın başlaması ilə bu proses dayandırılıb.