“UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir”.
Bunu İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkən deyib.
Qolsuz bərabərliklə yekunlaşan matçı dəyərləndirən italiyalı mütəxəssis görüşün keçirildiyi “Konstantin Redulesku” stadionunun ot örtüyünün durumundan şikayətlənib: “Futbol oynamaq mümkün deyildi. Sadəcə, futbola bənzəyən idman növünə uyğunlaşmaq üçün əlimizdən gələni etdik”.
Qeyd edək ki, “Latsio” ilk oyunda öz meydanında qazandığı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. /Report/
Follow @7timesaz