Azərbaycan Ordusunun hərbi qulluqçusu, 19 yaşlı əsgər Əmirağa Mahir oğlu Ağayevin şəhid olduğu təsdiqlənib.
7times.az xəbər verir ki, 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan ondan heç bir xəbər yox idi.
İki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində doğulub.Şəhid əsgərin sabah doğulduğu rayonda dəfn ediləcəyi bildirilir.
Follow @7timesaz