Hadisə

İtkin düşən 85 yaşlı kişinin meyiti tapıldı

İtkin düşən 85 yaşlı kişinin meyiti tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunun Quşqara kəndində, körpünün altında meyit aşkarlanıb.

7times.az xəbər verir ki, meyiti aşkarlanan Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.

Meyit tanınmaz hala düşdüyündən ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.