Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni qərarla “əlilliyin qiymətləndirilməsi qaydası”nda bir sıra dəyişikliklər edib. Yeni qaydalarda əlilliyin müddətsiz müəyyən edilməsi ilə bağlı dəyişikliklər var. Dəyişikliklər bu il iyulun 1-dən qüvvəyə minəcək.
Nazirlər Kabineti əlilliyin qiymətləndirilməsi qaydasında bir sıra dəyişikliklər edib. Yeni qaydalara əsasən, bundan sonra əlilliyin qiymətləndirilməsi dərəcələr ilə deyil, funksiya pozulması faizləri ilə ölçüləcək. Orqanizmin funskiyası 30 faizə qədər pozulduqda əlillik verilməyəcək.
Bundan əlavə, iyulun 1-dək hazırda mövcud olan qaydalarda əgər vətəndaşda əlillik əsas verən 1 neçə hal, bir neçə pozuntu müəyyən edilirdisə, yalnız onlardan biri üzrə qiymətləndirilmə aparılırdısa, indi bütün göstəricilər, bütün pozuntular nəzərə alınaraq faiz göstəricisi ən yüksək olan götürülməklə, hətta 10 faiz artırılmaqla qiymətləndiriləcək.
Yeni qaydalarda əlilliyin müddətsiz müəyyən edilməsi ilə bağlı da dəyişikliklər var. əmək və əhalinin sosial müdafiə nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fazil talıbov bu dəyişiklikərdən də danışdı.
Yeni qaydalar 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Follow @7timesaz