Manşet

İzmirdə dəhşətli zəlzələnin ilkin nəticələri: 12 ölü, 438-dən çox yaralı var – YENİLƏNİB

İzmirdə dəhşətli zəlzələnin ilkin nəticələri: 12 ölü, 438-dən çox yaralı var – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmir zəlzələsi nəticəsində ölənlərin sayı 12-yə, yaralananların sayı isə 438-ə çatıb.

19:56

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

***

18:33

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) İzmirdə yaralıların sayının 152 olduğunu açıqlayıb.

İndiyə qədər dağıntılar altından 70-dən çox insan xilas edilib. 12 binada axtarış xilasetmə əməliyyatı aparılır.

***

18:13

Türkiyənin İzmir şəhərində baş vermiş 6.6 ballıq zəlzələdə dörd nəfər həlak olub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Zəlzələ nəticəsində yaralıların sayının 120 nəfər olduğu bildirilir.