İdman

Joze Mourinyo 35 milyon avroya transfer etdiyi ulduzu “Fənərbaxça”ya istəyir

Joze Mourinyo 35 milyon avroya transfer etdiyi ulduzu “Fənərbaxça”ya istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbaxça” Joze Mourinyonu baş məşqçi təyin etdikdən sonra transfer işlərinə başlayıb.

7Times.az  xəbər verir ki, gələn mövsüm Super Liqada çempionluğu hədəfləyən “Fənərbaxça”, Mourinyonun tələbləri istiqamətində işini davam etdirir.

Mütəxəssisin transfer tələb etdiyi mövqelərdən biri də mərkəz müdafiəçisidir.

Bu kontekstdə portuqaliyalı çalışdırıcının keçmiş oyunçusunu “sarı-lacıvertlər”ə istədiyini iddia edilib.

Viktor Lindelöfün Mourinyonun mərkəz müdafiəçiləri siyahısında birinci yerdə olduğu bildirilir.

Joze Mourinyo “Mançester Yunayted”i idarə edərkən Lindelöfu “Benfika”dan transfer edib və “qırmızı şeytanlar” bu transfer üçün 35 milyon avro ödəyib.

Ötən mövsüm zədə səbəbindən müntəzəm oynamaq şansı olmayan Viktor Lindelöf “Mançester Yunayted”lə müqaviləsinin son ilinə qədəm qoyub.

Əlavə olaraq qeyd edək ki, “Mançester Yunayted”in Viktor Lindelöfu göndərməyə hazır olduğu vurğulanıb.

“Fənərbağça”nın 29 yaşlı isveçli müdafiəçi üçün yaxın zamanlarda “Mançester Yunayted”lə rəsmi danışıqlara başlayacağı qeyd edilib.

Offsideplus.az