Cəmiyyət

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: “Sən niyə kişilərlə işləyirsən?”

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: “Sən niyə kişilərlə işləyirsən?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Real TV-də çörəyin qiymətinin qalxmasıyla bağlı sujetin başlığı sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

“Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığı tənqidlərə səbəb olub.

Bu xəbərin ardından televiziyanın efirində jurnalist Ülviyyə Hüseynovanın aparıcılığı ilə yayımlanan “Problem” verilişi barədə də mənfi rəylər yaranıb.

Aparıcı sözügedən verilişdə 3 uşağını atıb kafedə işləyən 33 yaşlı qadının axtarışına çıxıb. Daha sonra qadının 3 uşağı atması, kafedə işləməsi barədə fikirlərinə görə jurnalist hədəfə çevrilib. İzləyicilər aparıcını təhqir ediblər.

Adıçəkilən qadın ərinin içdiyini, ona qeyri-ənənəvi yolla təcavüz etdiyini bildirib. Aparıcı is öz növbəsində 3 uşağının xətirinə qadının kafedə işləməkdənsə buna dözməli olduğunu vurğulayıb. İzləyicilər kafedə işləməyi qüsur kimi görən aparıcını ciddi tənqid ediblər. İzləyicilər hətta jurnalisti “vicdansız” adlandırıb, qınadığı “yad kişilərlə işlədiyini” elə aparıcının özünə xatırladıblar: “Bəs sən kişilərdən niyə müsahibə götürürsən?!”