Cəmiyyət

Karantini pozan kafelərin sahibləri cərimələndi – FOTOLAR

Karantini pozan kafelərin sahibləri cərimələndi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan 7times.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Nərimanov rayonu, Y. Vəzirov küçəsi ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” pub, Səbayıl rayonu, T. Əliyarbəyov 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli” bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus “Çayka” kafesində reyd keçirilib.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4000 AZN cərimə tətbiq olunub.

Karantini pozan kafelərin sahibləri cərimələndi -FOTOLAR

Karantini pozan kafelərin sahibləri cərimələndi -FOTOLAR

Karantini pozan kafelərin sahibləri cərimələndi -FOTOLAR