Cəmiyyət

“Kasıb peyvənd vurdurur, varlının vecinə deyil, cəriməsini ödəyir” – Açıqlama

“Kasıb peyvənd vurdurur, varlının vecinə deyil, cəriməsini ödəyir” – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son Şənbə və bazar günləri 281 nəfər toya buraxılmayıb. Buna səbəb toya gələnlərdə COVID-19 passportunun yoxluğu olub.

Demək olar ki, hər gün müvafiq dövlət qurumları vaksinasiya üçün çağırış edirlər. Polis mütəmadi olaraq monitoriqnlər aparır. Toya buraxılmayan, inzibati qaydada məsuliyyətə cəlb olunan adamlarla bağlı xəbərlər hər gün ictimailəşir. Belə olan təqdirdə COVİD-19 pasportu olmayan insanların şadlıq saraylarına axın etməsinə səbəb nədir? Nə üçün azərbaycanlılar qanunları pozmağa can atırlar?

7times.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, peyvəndin artıq üçüncü dozunun olması insanları hədsiz qorxudur.

“Hətta üçüncü doz vaksin olunma insanları ilk doz vaksin olunmadan belə imtina etməsinə səbəb yaradır. Alimlər bütün bu prossesin bitmə tarixi olaraq 2022-ci ili proqnozlaşdırıblar, ona görə də insanlar artıq virusu ciddiyə almırlar. Qısa müddət sonra elə bilirlər ki, hər şey bitəcək. Toylara peyvənd olunmadan gələn insanlar müəyyən saatlarda, toyun yarısından sonra gəlib tez çıxırlar.

Ən çox axşam saatlarında gəlirlər. Yolxama da toyun ilk saatlarında olur, insanlar təqribən 6-dan 8-ə qədər yoxlama olacağını düşünürlər. Buna görə də, saat 9-da toya gəlirlər.

Ümumiyyətlə, qayda niyə qoyulur? Qayda o zaman, insanlar bəzi şeylərə əməl etmədikləri zaman cəza sistemi tətbiq olunur. Bu qaydalara həm əməl edən, həm də etməyən insanlar var. Peyvəndi vurdurmur, amma cəriməni ödəməyə hazırdırlar. Onların şüuraltısında peyvənd o qədər təhlükəli, ölümcül bir şey olaraq qalıb ki, istənilən məblıədə cərimə ödməyə hazırdırlar. Bu gün istər sahibkarlara, istərsə də insanlara hərtərəfli zərər gətirir. Peyvənd insanları qorumaq üçün vurulur, insan psixikası öz şüualtısında bunu o dərəcədə mürəkkəbləşdirib ki, peyvənd olunanlardan da uzaq gəzirlər.

Qadağaya məhəl qoymayan insanlar isə kifayət qədər imkanı olan şəxslərdir. İmkanı olmayan insan gedir peyvəndini vurdurur, pasportunu alır. Qaydaları pozan imkanlı şəxslərdir, cəriməni ödəyib kefləri istəyəni edirlər. Bu göz qabağındadır”.

“Kasıb peyvənd vurdurur, varlının vecinə deyil, cəriməsini ödəyir”  - Açıqlama