Manşet

Kəlbəcərdən o xanımların, bəylərin çıxmağına 10 gün icazə verəndə bilmirdik ki…

Kəlbəcərdən o xanımların, bəylərin çıxmağına 10 gün icazə verəndə bilmirdik ki.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən burada özümüzdən başqa heç kimi günahkar görmürəm. Çünki, başa düşə bilmirəm ki, başı bəlalar çəkən Azərbaycan və xalqımız niyə bu qədər humanist, həddindən artıq insanpərvərdir. Niyə? Hər şeyin yeri var, həddindən ziyadə şirin də axı adamın ürəyini vurur. Mən bilmirəm bu faşistlərə nə deyim?! Allaha acıq getməsin, onları da o yaradıb, amma bizə bəla göndərib! Biz Kəlbəcərdən o xanımların, bəylərin çıxmağına 10 gün icazə verəndə bilmirdik ki, bu gün üçün istəyirlər icazəni?! Bilmirdik bunu?? Bunu bilməmək üçün ya gərək ağıldan, zəkadan geri qalmış adam olasan, ya da sənin dünyadan xəbərin olmasın! Biz deyirik ki, qalib xalqıq, qalib gəldik, 44 günə torpaqları aldıq, birdən-birə də erməni deyir ki, torpaqlardan çıxmıram! Necə yəni çıxmırsan?!”

7times.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib:

“Deyirlər, dünya dünya! Azərbaycan üçün dünya yoxdur! Heç kim onlar haqqında danışmayacaq, ölmüş, balası yetim, anası mələr qalmış jurnalistlərimizə heç kim cavab verməyəcək! Türkiyə mətbuatını xarici mətbuat saymayın, onlar bizim qardaşlarımızdır. Onlar bizə yana bilərlər və 2+3 dənə ölkə istisna olmaqla. O qədər bizi gözləri götürmür, o qədər bizə paxıllıq edirlər ki. Allahdan verilmə nefti, pambığı, iqlimi o qədər bizə çox görürlər ki! Adam yanıb tökülür. Mən dünəndən ananın, uşağın fəryadına baxıram, uşaq deyir ki, “atamı gözləyirəm, gələcək sonra yatacam”. Bunu heç kim götürməz. Qurani Kərimdə də yazılıb ki, üstünə gələni vur! Bu qədər humanistlik olmaz axı! Kimlərinsə xatirinə, aferistlərin, alçaqların, meşşanların! Bəsdirin də, biz Rusiyanın dutkasıynan oynadıq! Ya qalxaq, ya da məhv olub gedək də! Bu gün Afaq desin, sabah başqası desin, o da cavan canla getdi torpağa! 1-2 gün də şəhid deyib ağlayacaqıq, qurtardı getdi! Mənim millətimdən gedir, oğlum gedir, qızım gedir, mənim arım, namusum gedir, siz nə danışırsız?! Yeganə çıxış yolu müharibədir! Mən başa düşürəm, burada siyasət oyunu gedir, biz özümüz də oynayırıq, amma bu dərəcədə də olmaz. Biz nə qədər bu siyasət oyununa dözəcəyik?! Sonunda əhalidə vuruşmaqda hal, xalq, balamız qalmayacaq. Nə qədər cavanlarımız getdi! Balaca bir ölkənin 3 mindən çox şəhidi var, bu zarafat deyil!” deyə Afaq Bəşirqizi deyib.

Xalq artisti mənfur düşmənin çirkin əməlindən heç bir zaman əl çəkməyəcəyini deyib.

“Onlar bir saat qalmış da bunu edəcəkdilər, yarım saat qalmış da edəcəkdilər. Buna erməni deyərlər. O vaxt Opera və Balet teatrının baş memarı erməni idi. Teatr təmirə bağlanmışdı. Opera və Balet teatrının binasının təhvil verilməsinə 15 gün qalmış teatrı yandırdılar. Hərəsinə 5-6 il iş verdilər, qurtardı getdi. Bu ermənidir! Bu qurddur! Bunu yaxınına buraxanda gərək əlində çomaq olsun ki, bunu vura biləsən!  Bu ermənidir, yenə edəcək! Onlar bizim kimi usanmırlar, dayanmırlar, işlərini görəcəklər! Tarix təkrarlanır da. Onlar Azərbaycan üçün elə bir cəza tədbirləri hazırlayıblar ki, babalarımızın, atalarımızın gördükləri yuxu olacaq!” deyə Afaq Bəşirqızı deyib.