Cəmiyyət

Kəramət Böyükçöl narkoloji dispanserə yerləşdirildi

Kəramət Böyükçöl narkoloji dispanserə yerləşdirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıçı Kəramət Böyükçöl Maştağadakı Respublika Narkoloji Dispanserinə yerləşdirilib.

7times.az xəbər verir ki, o, içki asılılığını müalicə etdirmək üçün bu addımı atıb.

Ailəsi onun vəziyyətindən çox narahatdır.

Qeyd edək ki, Böyükçöl son dəfə sosial şəbəkə hesablarında hakimiyyəti sərt şəkildə tənqid etmişdi.

“Qafqazinfo”ya açıqlamasında atası, şair Qəşəm Nəcəfzadə bildirib ki, K. Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:

“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatsızam. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.