Maqazin

“Kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur” – Samirə

“Kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur” – Samirəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.

7time.az xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland – TIX yer alıb.

Xatırladaq ki, Niderlandın Rotterdam şəhərində “Ahoy” arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub. İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal. İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb. / BAKU.WS

“Kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur” – Samirə