Cəmiyyət

Kişilər ağlamaz, atam balası..

Kişilər ağlamaz, atam balası..backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişilər ağlamaz, atam balası..

Bu məmləkətdə göz yaşları çox adiləşib, heç nəyi dəyişmir. Ağlayana, gözləri dolana daha heç kim acımır, heç kimin yazığı gəlmir. Bir sözlə, bağışlanmaq üçün göz yaşı axıtmaq bəlkə də ən sonuncu yol olub, bu dövlətdə.

Ramiz Mehdiyevin də memarı olduğu bu mühitdə 25 ildə o qədər kişilər, uşaqlar, qadınlar göz yaşı töküb ki, ona görə adiləşib göz yaşları.

Övladına çörək tapa bilməyən KİŞİ axşam evinə gedərkən gizli-gizli göz yaşı axıdanda sən və sənin kimilər hansısa məşhur restoranda sağlıq deyirdin, ay kürəkən!

Günün günorta çağı bir kişini, ailə başçısını akademikin imzası ilə sındırmağa aparanda sən özünün dəyəri yüzminlərlə ölçülən maşınından düşüb, Milli Məclisin sərin binasına daxil olub, layiq olmadığın kresloda oturmağa hazırlaşırdın, ay kürəkən!

Bir ata xəstə övladının müalicəsi üçün pul tapa bilməyəndə acizlikdən göz yaşları axıtdığı zaman sən öz kefində idin, gülürdün, danışırdın, şənlənirdin ay kürəkən!

Qayınatan Ramiz Mehdiyevin ağsaqqalığı ilə saxta sənəd düz-qoş edib bir ailə başçısının həbs etdirəndə, həmin ailənin az yaşlı körpələri görməsin deyə evin xanımı gecələr ağlayarkən, sən xəyyallarda belə mümkün olmayan malikanəndə yatırdın, ay kürəkən.

Bunların sayını artıra bilərəm, o qədər artıraram ki, oxumaq üçün gözlərdə yaş qalmaz.

…Amma sən yuxarıda sadaladıqlarımı görə bilməzsən, çünki biz bir dövlətdə, bir şəhərdə yaşasaq da, ayrı- ayrı dünyalarda yaşamışıq…

Kişilər ağlamaz, atam balası…İndi isə sən də ağlamamağa çalış, çünki ağlayana “pəpə” yoxdu, qaynatanın memarı olduğu bu cəmiyyətdə.

Bunun adı ilahi ədalətdi ay yeznə, ay kürəkən! İLAHİ ƏDALƏT!

Əlişir Əhəd / azerforum.com