Ölkə

“Kişi birbaşa maaşını qadına verməlidir” – Deputatın təklifinə REAKSİYALAR

“Kişi birbaşa maaşını qadına verməlidir” – Deputatın təklifinə REAKSİYALARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kişi qadına pul ödəməməlidir. Kişi birbaşa maaşını ya kartını qadına verməlidir”.
Bunu Sfera.az-a açıqlamasında psixoloq Samirə Bağırova deputat Musa Quliyevin “Kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidir” təklifinə münasibət bildirərkən deyib.
Müsahibimizin sözlərinə görə, evin xanımı qadındır və  nəyi, necə etməyi daha gözəl bilir:
“Son söz isə  kişiyə aiddir. Kişi bütün günü işində-gücündə, qadın niyə oturub maaş gözləməlidir ərindən? Bu millət vəkilinin təklif etdiyi qadınla xadiməni səhv salmaqdır. Ər-arvad dediyin münasibətdə, əgər kişi ev işində yaxud uşağa baxmaqda kömək edirsə, bu, arvad sözü ilə oturub-durmaq deyil, bu ərlik, atalıq borcunu yerinə yetirməkdir. Hə, əgər xanımını artıq işlə yükləmək istəmirsə, ayrıca xanımı üçün xadimə tutsun, pulu da bütövlükdə versin. Xanımı çox gözəl şəkildə hər şeyi idarə edəcək, təbii ki, əgər xanım gözündə görürsə. Kişiyə pul lazım olanda qadınından istəməlidir, onsuz da bütün günü işində-gücündə olur. Əlbəttə ki, qadınına güvənirsə”.
Sosioloq Lalə Mehralı isə saytımıza açıqlamasında deyib ki, ailə içində pulla ev işi görmək məsələsi çox absurd məsələdir: