Maraqlı

Kişi və qadın libidosu haqqında 8 maraqlı fakt

Kişi və qadın libidosu haqqında 8 maraqlı faktbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi və qadın libidosu haqqında 8 maraqlı fakt. Əlbəttə, siz bu sözün nə olduğunu bilirsiniz, amma bu anlayışın – cinsi istəyin mahiyyətini kifayət qədər dərindən araşdırırsınızmı? ABŞ-ın Nyu Cersi ştatında libido problemi ilə işləyən doktor Nensi Simpkins bu sahədən və təcrübəsindən bəzi faktları bölüşüb.

Daha çox testosteron = daha yüksək libido

Kişilərdə testosteron səviyyəsi daha yüksəkdir. Maraqlıdır ki, gənc qadınlarda menopozal yaşda olan qadınlardan daha çox sərbəst testosteron var, buna görə də zamanla onlarda cinsi həvəs azalır.

Qadınlarda cinsi fəaliyyətin zirvəsi kişilərə nisbətən gec olur

Təxminən 23 yaş 18 yaşa qarşı. Libido fərdi bir şeydir, lakin kişilərdə maksimum aktivlik hormonal fonun xüsusiyyətlərinə görə ümumiyyətlə daha əvvəl baş verir. Reproduktiv (doğuşa uyğun yaş) yaşda olan qadınlar hamiləlik və doğuşdan sonrakı dövrlə bağlı libido problemi yaşayırlar.

Afrodizyaklı qidalanma – bir mifdir

Belə yeməklərin mövcudluğu elmi olaraq təsdiqlənməmişdir. Buna görə də, istiridyələrə, artishoklara və barbar ördəyinin qaraciyərinə hücum çəkmək yalnız ləzzətli şam yeməyinin və istirahətin bir hissəsidirsə bunun üçün can yandırmağa dəyər.

Amma qan dövranını yaxşılaşdıran qidalar libidonu artıra bilər.

Bunlar ürək-damar sistemi üçün faydalı olan və antioksidantlarla zəngin olan müxtəlif qidalardır: qızılbalıq, çiyələk, qaragilə, qulançar, lobya…

Çox içməyin

Alkoqol libidoya zərər verir və sinir sistemində depressant rolunu oynayır. Ancaq qıcıqlanırsınızsa, kiçik dozada spirtli içki sizə kömək edə bilər. Yeri gəlmişkən, siqaret də cinsi istəyə zərər verir.

Libidonun zirvəsi – ovulyasiya (yetişmiş toxum hüceyrəsinin toxumluqdan çıxması)

Bu dövrdə yüksək estrogen və testosteronun birləşməsi cinsi istəyin artmasına səbəb olur ki, bu da hamilə qalmaq istəyinə müsbət təsir göstərir.

Hamiləlik tez-tez libidonu artırır

Yenə də hormonların yüksək səviyyədə olması səbəbindən. Bundan əlavə, şüuraltı olaraq hamilə qalmaqdan qorxmağa ehtiyac yoxdur. Qadınlar daha çox istirahət edə və cinsi əlaqəyə girə bilərlər.

Dərmanlar ona təsir etmir.

Antidepresanlar istisna olmaqla. Antidepresanlar onu aşağı sala bilir. Oral kontraseptivlərə gəldikdə, bəzi tədqiqatlar onların istəyi artırdığını, digərləri isə azaldığını göstərir. Ümumiyyətlə, hələlik etibarlı məlumat yoxdur. Hər halda, onların yan təsirlərini həkimlə müzakirə etmək gərəklidir.

topmister