Maraqlı

Kişilərin sex zamanı buraxdığı 10 yanlışlıq +18

Kişilərin sex zamanı buraxdığı 10 yanlışlıq +18backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişilərin sex zamanı buraxdığı 10 yanlışlıq. Seksdə nəyinsə düzgün getməməsi hələ ciddi problemləriniz olduğu mənasına gəlməməlidir – çox güman ki, siz səbəbləri anlamağa cəhd etməmisiniz.

Üçgünlük tüklənmə

Bir çox qadınlar yüngül tüklənməni seksual hesab etsə də, ona baxmaq bir şeydir, onu cinsiyyət bölgəsində hiss etmək tamam başqa şeydir. Bu, hətta həssas dəridə mikro çatlara da səbəb ola bilər. Sürtünmə aşırı olduğu təqdirdə, güclü yanma, göynəmə hissi yarana bilər. Aşağı nahiyyələrinizin tüklü olmasının ona narahatlıq verib-vermədiyini partnyorunuzdan soruşun.

Orgazm üzərində həddindən artıq diqqət

Daha çox müxtəlif pornoqrafiyalara görə insanlar orqazmı seksin zirvəsi və keyfiyyətinin əsas meyarı hesab edirlər. Partnyorunuza həzz vermək istəyinizdə səhv bir şey olmasa da, orqazm yaşatmaq həvəsindən və cəhdlərindən müəyyən qədər qaçmaq lazımdır. Bu, tez-tez sağlam gənc kişilərdə stresə və hətta erektil disfunksiyaya səbəb olur. Beyninizə abstraqt formada düşünməsi üçün imkan yaradın. Seks zamanı hərəkətlərinizi mühakimə etməyi dayandırın. Bütün qadınlar orqazm əldə etmir, lakin bu, onların seksdən həzz almadıqları anlamına da gəlməz.

Kifayət qədər ön sevişməyə diqqət yetirməmək

Heç kimə sirr deyil ki, kişilər və qadınlar fərqli şəkildə ehtiraslanırlar. Bir çox kişilər səhvən sürətli və gözlənilməz sexin qadın orqazmını yaxınlaşdırdığına inanır. Əslində, bir çox qadınlar ümumiyyyətlə vajinal orqazma çata bilmirlər. Üstəlik, ehtiraslanmaq üçün ən azı 20 dəqiqəlik ön sevişməyə ehtiyac duyurlar. Bu olmadan, qadın ümumiyyətlə sexə hazır olmayacaq və dərinin həssaslığı sürətlə azalacaqdır. Ön sevişmə həm də vajinanın təbii uzanmasını təşviq edir, onsuz penetrasiya (daxilolma) ağrılı ola bilər. Odur ki, ön sevişməyə 20 dəqiqə sərf edin və təxəyyülünüzün canlanmasına icazə verin. Masaj, oral seks, petting – hər şeydən istifadə edə bilərsiniz.

Klitora həddindən artıq diqqət yetirmək

Oral seks və ya manuel (əllə) stimullaşdırma zamanı klitora toxunmaq hissiyyatlılığı gücləndirir. Buna görə də, bəzi oğlanlar bu sahədə bir az həddi aşırlar. Dərhal tələsməməli və klitoru oxşamağa başlamamalısınız – ən vacib şeyi desert kimi sona saxlayın.

Romantikanın çatışmamazlığı

Təsadüfi seks, əlbəttə ki, çox həyəcanlıdırır, lakin kişilər yaşlandıqca cinsi əlaqədə daha mürəkkəb-emosional əlaqələri qiymətləndirməyə başlayırlar. Əgər siz də romantikanın əskik olduğunu hiss edirsinizsə və sadə seks artıq sizi cəlb etmirsə, o zaman sevgilinizlə səmimi və açıq danışmağın vaxtıdır. Daha yaxın münasibətə keçməyə hazırsınızsa, romantik şeylər etməyə başlayın.

Hazırlığa laqeyd yanaşma

Bu axmaqcasına səslənə bilər: ancaq, cinsi əlaqəyə hazırlaşmağa bir neçə dəqiqə sərf etməlisiniz. Əlinizin altında lazım olan hər şey yoxdursa, bu, gedişat zamanı bütün əhvalınızı korlaya bilər. Lubrikantlar, prezervativlər, seks oyuncaqları – bütün bunlar yaxınlıqda olmalıdır. Sadəcə qabaqcadan düşünün.

Ümumi qaydaların tətbiqi

Hər hansı bir qadını qane etmək üçün xüsusi və standart resept olduğunu düşünməyin. Keçmiş xanımınızın etdiklərinizdən həzz alması, yeni sevgilinizin də eyni hissləri yaşayacağı anlamına gəlməz. Son baxdığınız pornoda yeni bir duruş qaydasını da sevgilinizlə tez-bazar sınaqdan keçirməyə çalışmayın. Onunla sizi ehtiraslandıran və ehtiraslandırmayan şeylər haqqında danışın və müzakirələr aparın. Cinsi həyatı yaxşılaşdırma yollarının müzakirəsi insanları bir araya gətirir, yataqda repertuarı genişləndirməyə imkan verir.

Yeni şeyləri sınamağı istəməmək

Cinsi üstünlüklərin diapazonu o qədər genişdir ki, insanlar tez-tez onlarla razılaşmırlar. Bu səbəbdən də, sevgilinizin cinsi istəkləri sizin üçün tamamilə sürpriz ola bilər. Heç bir halda onu utandırmamalısınız! Əgər onun təklifini bəyənmirsinizsə, rədd edin – amma diqqətli olun. “Bilirəm ki, bu xoşuna gələ bilər, amma mən hələ buna hazır deyiləm” – kimi ifadələr qurmağa cəhd göstərin. Əgər cəhd etmək qərarına gəlsəniz, unutmayın ki, hər ikiniz hər şeyi istənilən an dayandıra bilərsiniz.

Həddindən artıq ciddi yanaşma

Bir çox insanlar unudurlar ki, seks ilk növbədə xoş əyləncə olmalıdır. Görünüşümüz, nə etdiyimiz, nə vaxt başlamağımız barədə çox narahat oluruq. “Mütəfəkkir fikirləri” söndürün və seksin əyləncəli olduğunu unutmadan onu yaşayın. Düşüncələri söndürməkdə çətinlik çəkirsinizsə, diqqətinizi qarşılıqlı həzzə və hisslərə yönəldin.

Ünsiyyət çatışmazlığı

Konkretlikdən asılı olmayaraq, partnyorlar arasında ünsiyyət çox olduqca sex o qədər keyfiyyətli ola bilir. Unutmayın ki, hər kəs fərqli şeyləri sevir, ona görə də fərziyyə qurmaq yerinə sadəcə danışmağa üstünlük verin. Seksdən əvvəl, cinsi əlaqə zamanı və sonra onunla söhbət edin. Cinsi əlaqəyə girməzdən əvvəl nə edəcəyinizi və nəyi etməməli olduğunuzu müzakirə edə bilərsiniz, nəyi bəyənib, nəyi bəyənmədiyinizi paylaşın.

topmister