Aktual

Kissincer: “Qərb bu ölkələr üçün dünyada yer tapmalıdır”

Kissincer: “Qərb bu ölkələr üçün dünyada yer tapmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Rusiyanın Çinin Avropadakı forpostuna çevrilməməsi üçün Qərbin həm Ukrayna, həm də Rusiya üçün dünyada yer tapmalı olduğunu deyib.

 

7Times.az  bildirir ki, “Sunday Times” qəzetinə  NATO haqqında danışan ABŞ-ın keçmiş dövlət katibi Avropa ilə ABŞ arasında əməkdaşlığı əks etdirən təşkilatın davamlılığının vacib olduğunu vurğulayıb.

“Lakin bir tərəfdən Yaxın Şərq və Asiya, digər tərəfdən isə Avropa və ABŞ münasibətlərində “böyük hadisələrin gələcəyi” faktı qəbul edilməlidir”, – deyə Kissincer bildirib.

NATO üzvlərinin çox yaxşı iş gördüklərini qeyd edən Kissincer, “Onların etdiklərini dəstəkləyirəm”, deyib

Digər tərəfdən, ABŞ-ın bu gün Vyetnam müharibəsindən daha çox parçalandığını düşünən Kissincer, “Çindən bir ideya (Qərb strategiyası) gözləmək artıq ağlabatan deyil” şərhini verib. Çin anlayışının dünyaya hakim olduğuna inanmadığını, ancaq Çinin çox güclü ola biləcəyinə inandığını deyən keçmiş diplomat bu vəziyyətin ABŞ-ın maraqlarına zidd olduğuna diqqət çəkib.

Kissincer daha əvvəl ABŞ-ın Çin və Rusiya arasında fərq qoya bilməyəcəyini vurğulamışdı. Ukraynada müharibə başa çatdıqdan sonra qlobal geosiyasi vəziyyətdə müəyyən dəyişikliklər gözləyən Kissincer qeyd edib ki, Rusiya və Çinin maraqları bütün məsələlərdə eyni olmayacaq.

 

Kissincer ABŞ-ın “Çin və Rusiyanı ayıran amilləri yarada biləcəyinə” də inanmadığını diqqətə çatdırıb.