Cəmiyyət

Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? – AÇIQLAMA

Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər.

7times.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir:

“Əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk etməməlidir. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.