Maraqlı

Körpələr yuxu görürmü? – YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Körpələr yuxu görürmü? – YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir.

Körpələr nə vaxt yuxu görməyə başlayırlar?

Körpələr doğulduğu andan dünyaya uyğunlaşmaq üçün bir çox mexanizmlərə malik olur. Yuxu ən vacib mexanizmlərdən biridir. Bir çox insan körpələrin yatarkən gülümsədiyini və mırıldadığının şahidi olub. Körpənin bu şirin hallarını seyr etmək xoş olsa da, əsl səbəb də çox maraqlıdır. Körpələrin dünyasını anlamaq çətindir.

Onlardan biri də yuxu görüb-görməməsidir. Körpələr böyüklər kimi yuxu görürlərmi? Araşdırmalar göstərir ki, körpələr hələ ana bətnində olarkən yuxu görməyə başlayırlar. Tez-tez REM adlanan yuxu sürətli göz hərəkətləri ilə özünü göstərir.

Körpələrin xəyalpərəst macərası çöldən gələn səslər və işıqlara uyğun olaraq başlayır. Bu REM yuxusunu gətirir. REM yuxusu zamanı bədən rahatlaşır və beyin aktivləşir. Yetkinlər bu yuxu mərhələsində adətən oturaq olsalar da, körpələr əksinə reaksiya verirlər. Yatarlən körpənin gülməsi, mırıldanması, hətta ağlaması valideynləri narahat edir. Yuxu zamanı ağlayan körpələr daha əvvəl baş vermiş bir hadisəni görmüş ola bilərlər. Yəni onlar üçün gördükləri yuxu bir xatirədir. Əslində körpələrin dünyadakı məhdud həyatlarında bəzi əhəmiyyətli təcrübələri yuxular vasitəsilə öyrəndikləri düşünülür.

Pediatrik yuxular üzrə dünyanın aparıcı ekspertlərindən biri, psixoloq David Foulkes “Uşaqların yuxuları və şüurun inkişafı” adlı əsərində qeyd edir ki, əgər orqanizm reallığı dərk etmək qabiliyyətinə malikdirsə, o orqanizmin də reallığı təsəvvür edə bilməsi ehtimalı yüksəkdir.