1967-ci il aprelin 23-də SSRİ-nin Baykonur kosmodromundan “Soyuz-1” gəmisi kosmosa qalxdı. Amma artıq ertəsi gün, aprelin 24-də texniki nasazlıqlar səbəbindən uçuş yarımçıq dayandırıldı. Yerə qayıdarkən qəza baş verdi və gəminin tərkibindəki yeganə kosmonavt – Vladimir Komarov həlak oldu.
Vladimir Komarov start zamanı ikinci dəfə kosmosa uçan ilk kosmonavt idi, enəndə isə uçuş zamanı ölən ilk kosmonavt oldu. O, 2 dəfə SSRİ qəhrəmanı adına layiq görülüb.
Aşağıdakı fotoda onun öldükdən sonra tapılan qalıntılarını görürük. Qalıqların belə açıq göstərilməsinin səbəbi Komarovun vəsiyyəti ilə bağlı idi. O, böyük ehtimal öləcəyini bildiyi üçün və sistemin onu necə məhv etdiyini nümayiş etdirmək üçün tabutunun açıq olmasını vəsiyyət etmişdi. Vəsiyyət yerinə yetirildi.