Dünya

Kremldən NATO qoşunlarının Ukraynada yerləşdirilmə ehtimalına CAVAB

Kremldən NATO qoşunlarının Ukraynada yerləşdirilmə ehtimalına CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada cari məsələləri dəyərləndirib.

7Times.az xəbər verir ki, Avropanın Ukraynada hərbi birləşmələrini yerləşdirmə ehtimalını şərh edən Peskov bu mövzuda baş verənləri diqqətlə izlədiklərini qeyd edib.

“Bu, bizi narahat edir. Çünki burada söhbət NATO qoşunlarının Ukraynada yerləşdirilməsindən gedir. Bu, bizim təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir. Ona görə də bu məsələ bizim üçün vacibdir. NATO ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi qəbuledilməzdir”, – deyə o bildirib.

Peskov Donald Tramp administrasiyasının sülh və danışıqlardan yana olduğunu vurğulayıb: “Biz inanırıq ki, bütün məqsədlərə dinc üsullar və danışıqlar yolu ilə nail olmaq mümkündür”.