Dünya

“Krımdakı vəziyyəti de-fakto tanımırıq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” – Türkiyə XİN

“Krımdakı vəziyyəti de-fakto tanımırıq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” – Türkiyə XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Krım Muxtar Respublikasının qanunsuz ilhaqını tanımadığını bir daha açıqlayıb.

“7Times.az” xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

“Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını qeyri-qanuni referendum nəticəsində ilhaq etməsinin on ikinci ildönümündə beynəlxalq hüquqa zidd vəziyyəti de-fakto tanımadığımızı bir daha təsdiqləyirik. Türkiyə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirməklə Krım türklərinin vəziyyəti başda olmaqla yarımadadakı inkişafı yaxından izləyərək məsələni gündəmdə saxlamayacaq”, – bəyanatda qeyd olunub.