Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri mühafizəkar düşüncəli insanların yaşadığı Cizan şəhərində gözlənilməz olay yaşanıb. Belə ki, sözügedən şəhərdə keçirilən turizm festivalında samba rəqqasələrinin ayaqları və bellərini açıq saxlayan paltarlarda rəqsi yerli əhalinin və hakimiyyət orqanlarının ciddi etirazlıarına səbəb olub.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, şəriət qaydalarının tətbiq olunduğu Səudiyyə Ərəbistanında Cizan küçələrində yarıçılpaq halda rəqs edən 3 qadın sambaçı heyrətlə qarşılanıb.
Çoxları bunun Səudiyyə Ərəbistanı administrasiyasının son illərdə atdığı liberallaşma addımlarının bir hissəsi olduğunu düşünsə də, həqiqət sonradan üzə çıxıb.
Səlahiyyətlilər hazırda rəqqasələrin ayaqları və bellərini açıq saxlayan geyimdə küçədə necə çıxış edə bildiklərini araşdırır.
Şou ölkədə böyük əks-səda doğursa da, mediada bu görüntü rəqqasələrin senzura olunmuş fotoları ilə birlikdə yayımlanıb.
Son illərdə Səudiyyə Ərəbistanında çoxillik qadağalardan sonra konsert, teatr və kino kimi fəaliyyətlərə icazə verilməsi, xüsusilə gənclər arasında müsbət qarşılanır.
Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ölkə iqtisadiyyatını neftdən asılılıqdan xilas etmək üçün 2030-cu ilə qədər nəzərdə tutulan layihə çərçivəsində son illərdə bəzi sosial islahatlar həyata keçirib.