Cəmiyyət

Külli miqdarda pulu mənimsəmədə təqsirləndirilən sabiq müşavir hakim qarşısına çıxacaq

Külli miqdarda pulu mənimsəmədə təqsirləndirilən sabiq müşavir hakim qarşısına çıxacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda və mənimsəmədə təqsirləndirilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

“Repor” xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bildirilib ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və banklardan biri təmsil olunur.

Təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatət qaldıraraq bildirib ki, müvəkkilinin qandalda gətirilməsi qadağan edilsin.

Vəsatət təmin olunub.

Digər vəsatət isə məhkəmə baxışına xitam olunaraq yenidən ibtidai istintaqa göndərilməsi olub. Ancaq məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə salındığını açıqlayıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.