Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.
Bu barədə 7times.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İ.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Follow @7timesaz