Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.
“Azərsu” ASC-dən 7times.az-a verilən məlumata görə, baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Follow @7timesaz