Dünya

Lirə kəskin bahalaşdı, sonra isə…

Lirə kəskin bahalaşdı, sonra isə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftənin son günündə USD/TL kursunda qeydə alınan sərt düşüşdən sonra yeni həftənin ilk günündə də dolların ucuzlaşması müşahidə edilir. Lakin ilk gün əvvəlki günlərlə müqayisədə uculaşma sürəti xeyli səngiyib. 

7Times.az  xatırladır ki, ötən həftə Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi (Agentlik) böyük həcmdə xarici valyutada nağd pul aktivləri olan şirkətlərə lirə ilə kredit verilməsini qadağan edib. Agentliyin bu qərarından sonra məzənnə 4 faizdən çox enərək 16,1 səviyyəsinə düşüb.

Bu gün isə birjalarda ilk işləmlərdə dollar daha 2 faiz enib. Hazırda məzənnə bir dollar 16,55 TL-yə dəyişdirilir.Agentliyin sözügedən dəyişikliyinin TL-dəki ucuzlaşmanı dayandıracağına inam zəifdir. Proqnozlaşdırılır ki, yaxın günlərdə dollar yenidən 17 lirə səviyyəsini ötəcək.