Bu gündən 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey siniflərinə qəbul üçün elektron qeydiyyat başlayıb.
İdarədən 7times.az-a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və övladı haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və seçdiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat iyunun 5-də başa çatacaq.
Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər təlim dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin 16 iyun (6-cı sinfə qəbul), 17 iyun (V sinfə qəbul), 18 iyun (VII sinfə qəbul), 21 iyun (VIII və IX siniflərə qəbul) tarixlərində təşkil olunması nəzərdə tutulur.
Follow @7timesaz