İdman

London nəhəngləri almaniyalı ulduza elçi düşdülər

London nəhəngləri almaniyalı ulduza elçi düşdülərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Julian Brandt İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı “Mirror” yayıb.

Mənbənin məlumatına görə, Londonun “Arsenal” və “Nyukasl” klubları yarımmüdafiəçini yanvarda transfer etmək üçün rəqabətə girişiblər.

Bu ilin aprelində 27 yaşlı futbolçu ilə 2026-cı ilə qədər yeni müqavilə imzalayan alman klubu əsas oyunçularından birindən ayrılmaq istəmir. Lakin “Transfermarkt”ın hazırkı dəyərini 40 milyon avro qiymətləndirdiyi Brandt satıla bilər.

Alman futbolçu bu mövsüm Dortmund “Borussiya”sında bütün turnirlərdə 16 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.