Belarus prezidenti Aleksandr Lukaşenko hamını kartof və digər məhsulların yığımı kampaniyasının keyfiyyətli başa çatdırılması üçün səfərbər olmağa çağırıb.
Lent.az-ın Belarus mediasına istinadla xəbərinə görə, Lukaşenkonun fikrincə, məhsul yığımına təkcə aqrar-sənaye müəssisələrinin işçiləri deyil, həm də tələbələr də cəlb edilməlidir, “Buna görə də tələbələri, fəhlələri, dövlət qulluqçularını və digər insanları bizə bütün bunları yığmaq üçün səfərbər edin”.
Belarus lideri onu da vurğulayıb ki, 2022-ci ildə respublikada ərzaq məhsullarının, xüsusən də Rusiya və Çin bazarlarına ixracı üçün əlverişli vəziyyət yaranıb. Onun sözlərinə görə, proqnozlara görə, bu dövlətlər iki dəfə çox Belarus məhsulu ala bilərlər.
Follow @7timesaz