Oxucularımız üçün maraqlı ola biləcək Putin haqqında bir yazının tərcüməsini Moderator.az təqdim edir:
Argentinanın “La Nacion” nəşri Putinin şəxsiyyətini analiz etmək qərarına gəlib. Onun sözlərinə görə, prezidentin davranışları əsasən “sevgidən məhrum olunan uşaqlıq illəri” ilə izah olunur. Bundan başqa, I Nikolaya maraq da Putinə təsir edib.
2007- ci ildə Putin Angela Merkeli özünün Qara dənizlə Qafqazın qarlı dağları arasında yerləşən Soçidəki dəbdəbəli prezident sarayına dəvət edib və ikitərəfli ticarət sazişini müzakirə edib.
İqamətgahın ərazisində fotoqraflar və opetatorlar peyda olanda Rusiya prezidenti Almaniya kanslerinin itlərdən qorxduğunu bilərək labrador Konini otağa buraxıb və o, qorxudan donub qalan Merkeli iyləməyə başlayıb.
İncə psixoloq olaraq, Merkel on il ərzində etdiyi səfərlər müddətində son nəticədə Putinin şəxsi və siyasi həyatında güc mövqeyindən çıxış etməsinin səbəblərini anlayıb.
“O, həmişə kimin ən güclü olduğunu göstərmək zərurətinə kəskin ehtiyac duyub”, – kansler müsahibəsinin sonunda belə deyib.
Amma Merkel hazırda Avropanın “soyuq müharibə”dən sonra ən ciddi böhranın astanasında olmasının baiskarı olan insanın psixoloji durumunu anlayan tək siyasətçi deyil.
ABŞ-ın bir neçə prezidentlərinin müşaviri olan Harald Malmqren (Harald Malmgren) bu yaxınlarda özünün 1992- ci ildə, siyasi karyerasının üfüqündə Putinlə təmaslarını xatırladıb.
“Qorxu sağlam düşüncənin katalizatorudur,- Putin şam yeməyi arxasında ona deyib. “O zaman mən onun xarakterinin cizgilərini anladım,- Malmgren danışıb. – Mahiyyət etibarilə həmin gün o, bu gün Moskva və Vaşinqtonun Ukraynaya görə düşdüyü dalanı təsvir edib”.
Putin dəfələrlə suveren dövlətlər arasında bohranın həllində bu metodu tətbiq edib. Əgər razılığa gəlmək və problemi onun istədiyi kimi həll etmək mümkün olmursa, o, demək olar ki, həmişə qeyri-mütənasib cavabı ilə qorxu yaradıb. Malmgren və Putinlə görüşən insanlar hesab edir ki, o, rəqiblərini qorxunc müqəvvalar ilə qorxutmaqdan həzz alır.
III Vlad, XV əsrin qrafı Drakula kimi, dünyanın ən böyük ölkəsini “dəmir əl”ilə idarə edən talelərin hakimi əsas strategiya kimi qorxudan yararlanır.
Putin haqqında daha nələri demək olar? O, kimdir? İfadəsiz slavyan çöhrəsi, solğun mavi gözləri və polad baxışı, lovğalıq, utancaqlıq, qəddarlıqla məcburi nəzakət arasında nəsə orta bir şey olan qeyri- təbii jestləri arxasında nə gizlənib?
Bunun üzərində düşünməyə dəyər, çünki Putin hələ uzun illər bizimlə olacaq. O, ən azı 2036- cı ilədək hakimiyyətdə qalmağa imkan verən konstitusiya islahatına müvəffəq olub.
Qəribə ziddiyyətdir, şəxsi həyatı sirlə örtülən Kremlin güclü adamı bütün dünyanın diqqətinə rəğmən, akkreditə olunan jurnalistlərin, operatorların və fotoqrafların əhatəsində işləyir və istirahət edir. “Putin haqqında yalnız o məlumdur ki, o, istəyir ki, dünya onun haqqında məlumatlı olsun”, – Ağ evin keçmiş müşaviri Fiona Hill bəyan edib.
Qərb psixoloqları və xüsusi xidmət orqanları 1952- ci ildə Leninqradda doğulan 69 yaşlı kişinin mürəkkəb şəxsiyyətində yorulmadan qüsurlar axtarır. Onun boyu 1, 70 m, çəkisi 80 kiloqrama yaxındır.
Putin gündə bir neçə dəfə məşq edir, özü də o, nəinki bu qaydaya riayət edir, həm də bu barədə mətbuat xidməti tərəfindən məlumat verir, bu zaman çılpaq bədənini ilk fürsətdəcə və ekstremal şəraitlərdə göstərir: əlində silahı yelləyərək Sibir ayısının belində, təəssürat yaradan Harley-Davidson motosikleti idarə edəndə və ya An-26 bombardmançı təyyarəni idarə edərkən belə davranır. “Maço”luq və kişilik anlayışlarının eyni olduğu ölkədə fiziki güc nümayişi güclü təsir bağışlayır.
Belə fikir mövciddur ki, belə davranışın daimiliyi əsl problemdən xəbər verir. Sanki 146 milyon rusiyalının taleyinə hakimlik edən və dünyanın digər hissəsini gərginlikdə saxlayan insan onları həqiqət olmayan nəyəsə inandırmalıdır.
Sevgidən məhrum olan uşaqlıq illəri…
Milli strategiya institutunun banisi və rəhbəri Stanislav Belkovski öz kitabında iddia edir ki, Kreml rəhbərinin şəxsiyyətinin sirrinin açarı onun ailə sevgisindən məhrum olan uşaqlıq illərindədir.
Bioloji valideynləri Putini Leninqraddan olan cütlüyün yanına göndərib və bu cütlük onun ailəsi olub. Ola bilsin ki, Rusiyanın indiki prezidenti bütün həyatı boyu ailəsinin əvəzini axtarıb. Olan bilsin ki, uşaqlıq illərində aldığı bu travmalar elə dərin olub ki, illər ötəndən sonra Putin tənha adama çevrilib, onu prezident olmağa vadar ediblər və o, yalnız heyvanların kampaniyasında özünü rahat hiss edir.
“Putinin tək dostları labrador Koni və bolqar çoban iti olan Baffidir”, – Belkovski deyib.
Belkovski və Qərb xüsusi xidmət orqanlarının dağıtmaq istədiyi daha bir mif Kremlin müasir Don Juana bənzəyən rəhbərinin seksual həyatı ilə bağlıdır. 39 yaşlı sabiq rusiyalı gimnast Alina Kabayeva ilə piar kampaniyaya çevrilən sevgi romanı onun imicmeykerləri tərəfindən uydurulub. Kremlin versiyasına görə, 2014- cü ildə həyat yoldaşından hazırda üç uşaq anası olan cazibədar Olimpiya çempionu ilə yaşamaq üçün boşanıb.
Əsl həqiqətdə isə onun üçün “seks və seksual həyat yaddır”,- Şərqi Almaniyada xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında çoxsaylı materialların müəllifi Erix Şmidt-Enbum bəyan edir. Onun sözlərinə görə, Putinin sabiq həyat yoldaşı onun tərəfindən Drezdendə 80- ci illərdə DTK agenti kimi xidmət keçərkən evdə zorakılığa məruz qalıb. İstənilən halda keçmiş stüardessa, özü də DTK agenti olmuş qadın boşanandan sonra onun həyatından yoxa çıxıb. Rusiya prezidenti qızları- 37 yaşlı Mariya və 36 yaşlı Yekaterina ilə nadir hallarda görüşür.
Strateji qavrayış
Keçmiş kəşfiyyat agenti, görünür, qəddarlığı özünün strateji qavrayışına çevirib. Çoxları onu ekspansionist-fanat hesab edir, o, elə bir məkan yaratmaq istəyir ki, orada Rusiya hökmranlıq etsin. Digərləri onu milli identikliyin qorunub saxlanması üçün iztirab keçirən təcridedici kimi səciyyələndirir. “Putinoloqlar”ın fikirləri haçalanır. Ona görə narahatlıq keçirənlər Qərbi günahlandırır. Putin özünü ona görə döyüşkən aparır ki, ABŞ və Avropa onu “soyuq müharibə” bitəndən dərhal sonra “alçaldıb”. Tapdalanan milli heysiyyatı anlamayanlar isə SSRİ- nin süqutundan aldığı travmanı dəyərləndirə bilməz.
Onlar üçün Putin realistdən daha çox sentimentaldır. Necə deyərlər, “SSRİ- nin yox olmasına görə təəssüf etməyən yalnız daşürəkli və rəhmsiz ola bilər”. Rus əsilli fransız tədqiqatçısı Elen Karrer d’ Ankoss ona təəssüf edənlərdəndir. O, əmindir ki, Putin daim sevgi axtarışındadır: “Onun üçün Rusiyanın gələcəyi onun Avropadakı yerinin tanınmasından asılıdır”. Bu yer hörmətli və tanınan böyük dövlətin yeridir”.
Yaxşı, qoy belə olsun. Lakin yaxın xaricin “məhdud suverenliyi” kimi köhnə doktrina naminə Rusiya zorla öz qonşularının sərhədlərini pozur. Putin belə hesab edir ki, Ukraynanın nəinki Avropa İttifaqına və NATO-ya birləşmək, heç Brüssellə ticarət sazişini də imzalamağa hüququ yoxdur.
Kremlin Ukrayna böhranındakı tezisi onun ərazilərin Rusiyanın təsiri altına keçməsinə mübtəla olmasını təsdiq edir. Sanki böyük dövlət statusunu əldə etmək iqtisadi və sosial sahədə nailliyyətlərlə deyil, ərazilərin tutulması və özünə tabe edilməsilə mümkündür.
Putin üçün NATO tankları deyil, Avropa dəyərləri olan hüquqi dövlət, milli suverenlik kimi “cəfəng ixtira”, fərdi azadlıqların daimi inkişafı, mənəvi dəyərlərin liberallaşması güclü qorxu yaradır…Bir sözlə, “Qərb” qloballaşması ilə bağlı nə varsa.
Putin üçün Avropa düşməndir, ona görə yox ki, onun əslində mövcud olmayan hərbi gücü var, ona görə ki, onun daha güclü silahı var, bunlar elə ideyalardır ki, 2011-2012- ci illərdə küçələrə çıxan orta sinfi yoluxdura bilər.
Slavyanofillərin ideyalarını mənimsəyən Putin hesab edir ki, Rusiya Qərbi Avropaya oxşamamalıdır. Əksinə, o, Avropa və Qərblə mübarizə apararaq onları yumşaq güclə zəiflətməlidir. Ukrayna bufer zonası rolunu oynamalıdır. O, yeni Rusiya modelinin, Putin modelinin Avropanın şirnikləndirici cazibəsindən qorumalıdır.
İmperator I Nikolayın əksi
Putinin kabinetində möhtəşəm portret asılıb. Divardan ziyarətə gələnlərə möhkəm cüssəli qorxulu bığları olan hərbi formada bir kişi təkəbbürlə baxır.
1796- cı ildə anadan olan və 1855- ci ildə Krım müharibəsi ərəfəsində vəfat edən imperator I Nikolay heç də rusiyalıların sevimlisi deyil. Bu militarizm və yeni ideyaları qəbul etməyən ortodoksal imperatora tamaşa edərkən, onun Kreml rəhbərini nə ilə heyran etməsini anlamaq çətindir.
Amma diqqətlə baxanda Putinin sirriin açarını tapmaq mümkündür:
I Nikolay Kreml rəhbərinin indiki nitqinə hopan təmiz mütləqiyyət rəmzidir.
“Bir əsr yarım əvvəl Krımın məğlubiyyətinin nə qədər sarsıdıcı olmasına rəğmən, bu hələ də rusiyalı millətçilərinin dirçəlməsi üçün həlledici tarixdir. Onlar üçün imperator sarsılmaz rus “ruhunun” rəmzidir və onu ölkənin “modernləşdirilməsi” adı altında sındırmaq mümkün deyil”,- bunu Portuqaliyanın sabiq xarici işlər naziri, Rusiya üzrə ekspert Bruno Matsaes deyib.
Özünü unudulan imperatorla eyni səviyyədə görən Putin Rusiya imperiyası epoxasını dirçəltmək və Rusiyanı Avropada nəhəng irtica dövlətinin mövqelərinə qaytarmağa cəhd edir. Birinci ideya ona ölkəsində sabit populyarlıq qazandırır, ikinci ideya planetin ultrasağ qüvvələrində heyranlıq doğurur.
Follow @7timesaz