Dünya

Madonna Papaya müraciət edib görüşmək istədiyini dedi

Madonna Papaya müraciət edib görüşmək istədiyini dedibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Madonna Papa Fransisə müraciət ünvanlayıb və onunla görüşmək istədiyini bildirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, kilsə ilə yaşadığı problemlə bağlı “ona qarşı ədalətsiz münasibəti” müzakirə etmək istədiyini söyləyib. Bunla bağlı tvitterdə yazan Madonna bunları qeyd edib:

“Hörmətli bir katolikəm, and içirəm… Son etirafımdan bir neçə onilliklər keçib. Vacib məsələləri müzakirə etmək üçün sizinlə görüşə bilərəm? Məni üç dəfə kilsədən qovdular. Bu, haqsızlıqdır. Hörmətlə, Madonna”.

Qeyd edək ki, Madonna ilə kilsə arasındakı qarşıdurma illərdir davam edir. O, bir çox çıxışlarına görə etirazlara səbəb olub. Kliplərində yanan xaçlar, Məsih rolunu oynayan qaradərili gəncin görüntüləri tənqid edilib.