Cəmiyyət

Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ

Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən 7times.az-a verilən məlumata görə, 5 iyul saat 10:50-yə olan məlumata əsasən, 12781 bakalavr (Azərbaycan bölməsi üzrə 11684, rus bölməsi üzrə 1097) öz ərizəsini təsdiq edib.

1150 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23.59-dək  “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.