Region

Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatı başa çatıb

Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatı başa çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib.

7Times.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

MAK bütün hücum edənlərin zərərsizləşdirildiyini təsdiqləyib.

“Vətəndaşların həyat və sağlamlığına təhlükənin aradan qaldırılması ilə əlaqədar saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd inzibati sərhədləri daxilində keçirilən antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, – departamentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Dağıstanda 15-dən çox polis əməkdaşı yaraqlıların hücumlarının qurbanı olub.