Fransada prezident seçkilərinin ikinci turuna hazırlığın getdiyi vaxtda Prezident Emmanuel Makronun fotosu gündəm olub.
Metbuat.az xəbər verir ki, fotoda Makronun olduqca rahat olduğu, köynəyinin düymələrini açdığı diqqətdən yayınmayıb. Bundan əlavə, Markonun bədənindəki sıx tüklər lağ obyektinə çevrilib. Məlumata görə, foto Marsel şəhərindəki fotosessiyadan əvvəl çəkilib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turu bu həftə sonu keçiriləcək. Ali post uğrunda Emmanuel Makron və Le Pen mübarizə aparacaq. Makronun prezident seçilmək şansı daha çoxdur.
Follow @7timesaz