Maqazin

Manaf Ağayevin oğlu həbs olunub – YENİLƏNİB + TƏFƏRRÜAT

Manaf Ağayevin oğlu həbs olunub – YENİLƏNİB + TƏFƏRRÜATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manaf Ağayevin oğlunun saxlanılmasının təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Müşfiq Ağayev avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən Müşfiq Ağayevin çox ağır şəkildə sərxoş olduğu məlum olub və o, polislərlə mübahisəyə girişib, onları ağır formada təhqir edib.

Onun haqqında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edilib.

Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib.

20:16

Müğənni Manaf Ağayevin oğlu saxlanılıb.

Oxu.az xəbər verir ki, Müşfiq Ağayev avtomobili sərxoş halda idarə etdiyi üçün polis əməkdaşları tərəfindən yaxalanıb.

Bununla yanaşı, o, polisə də müqavimət göstərib.

Araşdırma aparılır.